Sumqayıtda Vətən müharibəsi qazisi ziyarət edilib. Bu haqda 23 fevral tarixində Sumqayıt24 İH-yə istinadən xəbər verir.
Əlaqələndirmə Mərkəzinin nümayəndələri qazi Həsrət Quliyevin evinə baş çəkiblər. Onlar qazinin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Əlaqələndirmə Mərkəzinin tərkibi şəhər İcra Hakimiyyəti əməkdaşları, şəhid ailələri, qazilərdən ibarətdir. Mərkəzin kollektivi mütəmadi olaraq, şəhid ailələrini və qaziləri evlərində ziyarət edirlər.