Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlayıb. Bu haqda 3 mart tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Adıçəkilən şirkət ilk dəfə Rumıniya, Çexiya, Latviya, Litva və İordaniyaya yağ ixrac edib. Bu ölkələrə il ərzində 10 min tondan çox məhsul göndərilməsi nəzərdə tutulur.
Şirkət 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Alco” 150 növdən çox sürtkü yağı istehsal edir. İstehsal olunan məhsullar dünyanın 30-a yaxın ölkəsinə “Made İn Azerbaijan” brendi ilə ixrac edilir.