İtkin düşən sumqayıtlı kursant hərbi akademiyadan kənarlaşdırılıb. Bu haqda bu gün, 19 fevral tarixində Oxu.az xəbər verir.
Məlumata əsasən, Vüsal Hüseynli əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə xaric olunub. Bu qərar akademiyanın hərbi şurasının iclasında qəbul edilib.