top
Aliment məbləği artırıla bilər? 
08 may 2025, 00:22
- +

Aliment məbləği artırıla bilər? 

Boşanmaların sayını azaltmaq üçün dünya praktikasında fərqli üsullar var. Bəs Azərbaycanda bu istiqamətdə hansı addımlar atılmalıdır? Aliment məbləğinin artırılması mümkündürmü?

Mövzuyla bağlı "Sağlam Cəmiyyət Hərəkatı"nın rəhbəri sosioloq Elçin Bayramlı Referans.az-ın suallarını cavablandırıb. Sosioloq Elçin Bayramlı deyib ki, boşanmaların sayının yüksək səviyyədə artmasına 3 əsas fundamental səbəb var. Bunlardan birincisi, mənəvi problemlər, ikincisi sosial-iqtisadi problemlərdir, üçüncüsü də, boşanmaların hüquqi olaraq asanlaşdırılmasıdır. Hər üç səbəb bu vəziyyəti fəlakət həddinə gətirib. Bizim cəmiyyətimizin söykəndiyi əsas dəyər olan ailə dəyəri tamamilə darmadağın olunub. Mənəvi keyfiyyətlərimizi bir millət olaraq tam şəkildə itiririk. Bunun qarşısını almaq üçün bəzi üsullar var.

Sosioloq hesab edir ki, aliment məbləğinin artırılması  vəziyyəti  daha da pisləşdirəcək. Çünki cəmiyyətin 70%-i düşünür ki, boşanmalar bir çox hallarda alimentə görə olur. Hətta bir çox qadın bunu açıq etiraf edir. Aliment məbləğinin artırılmasının bu problemin həllində heç bir müsbət təsiri ola bilməz, əksinə zərəri olar.

Mütəxəssis onu da vurğulayıb  ki, ümumiyyətlə, başdan başlasaq deqradasiyanın qarşısı alınmalıdır. Bu gün açıq şəkildə Azərbaycan xalqına mənəvi-psixoloji terror aparılır. Bu xüsusən televiziya, radio və internet üzərindən açıq şəkildə gedir. SSaxta hüquq müdafiəçiləri, qadın azadlığını istəyənlər də burada böyük rol oynayır. Bunun qarşısı alınmalıdır. Uşaqların düzgün tərbiyəsi milli-mənəvi dəyərlərimiz əsasında aparılmalıdır. Uşaqlara izah olunmalıdır ki, ailə yalnız və yalnız mənəvi dəyərlər üzərində qurula bilər. Bu təkzib edilməz faktdır ki, maddi dəyərlər üzərində qurulan ailələr dağılmağa məhkumdur. Mənəvi dəyərlər üzərində qurulan ailələr isə heç vaxt dağılmır. Təssüf ki, son vaxtlar ailələrin əksəriyyəti maddi dəyərlər üzərində qurulur. Bu məsələnin bir tərəfi odur ki, bunun qarşısı alınmalıdır. İkinci tərəf sosial-iqtisadi vəziyyətdir.

Elçin Bayramlı bildirib ki, bu məsələdə sosial həyat tərzi yaxşılaşdırılmalı, ailələrə dəstək proqramları həyata keçirilməlidir. Bir çox ölkələrdə bunu tətbiq edirlər. Məsələn, Rusiyada 20 il evli olan yəni boşanmayan ailələrə böyük həcmdə dövlət yardımı edilir. Dövlət bununla ailələrin uzunmüddətliliyini təbliğ edir. Çoxsaylı digər tədbirlər də var. Uşaq pulunun verilməsi, ailə təsərrüfatlarının yaradılmasına dövlət dəstəyi olmalıdır. Üstəlik bir çox ölkələrdə ailələrə qarşı təbliğat aparanlar cəzalandırılır, ailələrə qarşı əxlaqsızlıq hallarının qarşısı alınır. Bütün bunlar hamısı ailələrin davamlılığını təmin etmək üçün təşkil olunur. Amma bizdə bu məsələlərin təssüf ki, heç biri yoxdur. Həmçinin gənc ailələrin qurulması da azalıb, problemlər boşanmalardan ibarət deyil.

Müsahibimiz onu da xatırladıb  ki, ailə qurulması kəskin şəkildə aşağı düşüb. Ona görə dövlət yeni ailələrə faizsiz ipoteka kreditləri verməlidir. Ev alınması və işlə təmin olunmasına kömək etməlidir. Uşaq pulu formasında yardım etməlidir ki, ailələrdə heç olmasa 2 uşaq olsun. Ümumiyyətlə, bir millətin davamlılığı üçün 3 uşaq lazımdır. Bu məsələ problemin ikinci tərəfi idi. Üçüncü tərəfdə boşanmalara hüquqi yanaşmadır. Boşanmalar daha rahat şəkildə aparılır, stimullaşdırılır. Hakimlər, vəkillər sürətli şəkildə ailələri boşayırlar. Bu yanaşma doğru deyil. Bir çox qadınlar bu vəziyyətdən istifadə edərək, boşanırlar. Daha sonra

Sosioloq qeyd edib ki, buna görə boşanmalarda yanaşma belə olmalıdır. Hansı tərəfin ucbatından boşanma baş verirsə bu araşdırılmalıdır və uşaqlar digər tərəfdə qalmalıdır. Məsələn, ana tərəfindən boşanma baş verirsə, uşaqlar anadan alınıb ataya verilməlidir və aliment ataya ödənilməlidir. Yalnız o halda çəkindirici stimul ola bilər. Boşanmanın səbəbləri bunlardır. Yəni araşdırılmalıdır ki, yalnız çox ciddi səbəblər olduğu halda boşanmaya razılıq verilməlidir. Əks halda isə boşanmaya müraciət edən şəxs cəzalandırılmalıdır.

Ekspert vurğulayıb  ki, ailələrin dağılması nəticəsində yetim uşaqlar problemi yaranır,  dövlətin sosial öhdəlikləri artır, demoqrafik problem yaranır, genefondumuz zədələnir. Buna görə də insanların məsuliyyəti olmalıdır. Boş-boş səbəblərə görə boşanan tərəf cəzalandırılmalıdır. Yalnız bu halda boşanmaların qarşısı müəyyən qədər alına bilər. Bütün bunlara qarşı üç tərəfdən mübarizə aparılmalıdır. Birincisi, mənəvi terror dayandırılmalıdır. Birbaşa bu 20, 30 ildir televizorda təbliğ olunur. İnternetdə, sosial şəbəkələrdən bunun qarşısı alınmalıdır. İkinci tərəf isə dövlət ailələrə sosial-iqtisadi yardım etməlidir. Üçüncü tərəfdə isə boşanmalar hüquqi çərçivədə həll edilməlidir.

"Məsələyə ədalətli şəkildə yanaşılmalı, boşanma çətinləşdirilməli, əsaslı səbəb olmadan boşanan tərəf cəzalandırılmalıdır və uşaqlar əlindən alınmalıdır. Yalnız bu halda boşanmaların qarşısı alına bilər",-deyə ekspert bildirib.

 

Son xəbərlər

İdman
Bu gün, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Bu gün, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Bu gün, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Oxşar xəbərlər