Sumqayıtda 3 gün davam edəcək "Peşə təhsili sahəsində planlaşdırılma işlərinin həyata keçirilməsi” layihəsi üzrə təlimə start verilib. Bu haqda Sumqayıt Kimya Sənaye Parkının rəsmi saytına istinadən xəbər veririk.
“Park”da keçirilən təlimlər “Baden-Württemberg" İqtisadiyyat Təhsil Mərkəzinin (BIWE), Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı çərçivəsində təşkil olunub.
Burada keçirilən təlimləri BIWE-nin əməkdaşları olan alman mütəxəssislər təşkil edib.