Sumqayıt Sənaye Parkında Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.
Görüşdə sənaye zonalarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında investorlar üçün yaradılmış şərait, tətbiq olunan vergi və gömrük güzəştləri, habelə infrastruktur təminatı barədə məlumat verilib.
Almaniya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub, almaniyalı iş adamları Sumqayıt Sənaye Parkında yaradılmış imkanlardan yararlanmağa dəvət ediliblər.
D.Lölke Sumqayıt Sənaye Parkının rezidenti "ASSAN-STP PANEL" MMC-nin müxtəlif təyinatlı sendviç panellərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub.