Sumqayıtda mikrorayonlardan birinində suyun verilişində tez-tez problemlərin yarandığı bildirilir.
Bu barədə Sumqayit24.az-a 18-ci mikrorayon, 6 saylı binanın sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, tez-tez suyun verilişində məhdudiyyətlər olur.
"Tez-tez, hətta hər gecə suyu kəsirlər. Evdə xəstə, qoca və uşaq var. Bir sözlə, bu vəziyyət bizim gündəlik məişət işlərimizdə müxtəlif problemlərin yaranmasına səbəb olur", - deyə şikayətçilər bildiriblər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.