Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, təqdimat "İri Şəhərlərin Su Təchizatı" QSC-nin Müşahidə Şurasının sədri Xəyyam Məmmədov, üzvü Etibar Məmmədovun iştirakı ilə keçirilib.
Məlumata əsasən, təqdimatdan sonra səhmdar cəmiyyətin qarşısında duran prioritet məsələlər, növbəti dövrlər üçün müəyyən edilmiş hədəflər, su təchizatı, tullantı və yağış sularının səmərəli şəkildə idarə olunması sahəsində xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin effektivliyinin artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İri Şəhərlərin Su Təchizatı QSC Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Naxçıvan şəhərlərində içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirir.