Sumqayıta alman könüllüsü gəlib. Bu haqda “Sağlam Düşüncə” Gənclər Təşkilatı (SDGT) məlumat yayıb.
Təşkilat, layihə çərçivəsində, Sumqayıt şəhərində Alman könüllüsü Tabeaya 12 ay müddətində ev sahibliyi edəcək. Tabea SDGT-nın “Yaşıl Düşüncə” adlı istiqamətində yaradılmış komandada fəaliyyət göstərəcək.
Könüllü Sumqayıt məktəbliləri və gəncləri üçün ekoloji maarifləndirmə layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak edəcək.