Sumqayıtda proqramlaşdırma olimpiadası keçirilib. Sumqayıt24 bu haqda 17 iyun tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
"ALPlogo-2022" adlı bilik yarışının nəticəsinə əsasən, 38 nömrəli tam orta məktəbin şagirdi Zəhra Niyazlı 1-ci, İstedad liseyinin şagirdi Məcid Quliyev 2-ci, həmin liseydə təhsil alan Cəlal Musazadə, Fərid Mahmudzadə və Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Yusif Cahangirzadə isə 3-cü yerə layiq görülüblər.