Sumqayıt şəhərində növbəti əmək yarmarkası baş tutub. Bu haqda 3 mart tarixində Sumqayıt24 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Yarmarkada 20-dən çox müəssisə əsasən xidmət, istehsal, tikinti və s. sahələrdə 120-dən çox vakansiya ilə iştirak edib.
Tədbirdə müraciət edən işsiz və işaxtaran şəxslərin CV-ləri nəzərdən keçirilib. Burada, həmçinin vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib.