Sumqayıtlı əməkdar jurnalistin “Dama Pika” romanı Türkiyədə çap olunub. Bu haqda Sumqayıt24 xəbər verir.
Publisist Eyruz Məmmədovun yaratdığı əsəri Abdulkadir Ozkan tərcümə edib və “Dama Pika Maça kızı” adlandırıb. Kitabda iki gəncin nakam sevgisindən bəhs edilir.
Qeyd edək ki, Eyruz Məmmədov 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr edib. O, bir çox kitabın müəllifidir. Onun məqalələri Rusiya, Türkiyə, Almaniya və İngiltərə mətbuatında çap olunub.