S. Vurğun adına Mərkəzi Kitabxanada “Korrupsiyaya qarşı birgə mübarizə aparaq” adlı dəyirmi masa keçirilib. Bu haqda 7 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə kitabxananın əməkdaşları və oxucular iştirak ediblər. Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva korrupsiyanın hər bir sahədə inkişafa mane olan əsas faktorlardan biri olduğunu bildirib, Azərbaycanda buna qarşı islahatların aparılmasından bəhs edib.
Sonda “Korrupsiyaya qarşı mübarizəyə dair sənədlər toplusu” adlı kitab haqqında məlumat verilib.