Sumqayıt gömrüyünün sabiq rəhbəri barəsində həbs qətimkan tədbiri qərarı dəyişdirilmədən saxlanılıb. Bu haqda bu gün, 30 iyun tarixində APA-ya istinadən xəbər veririk.
“Azərterminalkompleks” birliyinin sabiq direktoru Ehtiram Xəlilovun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Verilən qərara əsasən, gömrük general-mayoru barəsində birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir.