Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vətəndaş qəbulu keçirib. Sumqayıt24 bu haqda sosial şəbəkələrə istinadən xəbər verir.
Sədr Tofiq Paşayevlə görüş Sumqayıt Məhkəmə Kompleksində təşkil olunub. Qəbula gələn hər bir sakinin məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə müvafiq hüquqi izah verilib, müraciətlərin bir qismi yerindəcə həll edilib.