Aprel ayının sonlarında xəttə buraxılmış marşrutun fəaliyyəti dayandırılıb. Bu haqda 21 may tarixində Sumqayıt24-ə izləyicilər məlumat verib.
Saray və Ceyranbatan qəsəbələri istiqamətində hərəkət edən “1” nömrəli marşrut xətti Sumqayıt şəhərində mövcud olan nəqliyyat problemini qismən olsada, həll etmişdi. Lakin bir neçə gün öncə avtobusların hərəkəti məlum olmayan səbəblərdən dayandırılıb.