Aprel döyüşlərinin ildönümü ilə əlaqədar olaraq Sumqayıt Şəhidlər xiyabanı ziyarət edilib. Bu haqda bu gün, 2 aprel tarixində YAP Sumqayıt şəhər təşkilatı xəbər verib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edib. O, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalmasından danışıb.
Bu, tarixə Aprel döyüşləri kimi yazılıb və ordumuzun qələbəsi ilə nəticələnib. Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad edib. 2016-cı il aprelin 19-da SQ-in 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə təltif edilib.