Sumqayıtda bədii sənədli filmin nümayişi keçirilib. Bu haqda bu gün, 4 aprel tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Məlumata əsasən, Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Aprel döyüşlərində şəhid olan qəhrəmanlara həsr edilən “Mən səninləyəm, Ana Vətən” adlı film təqdim edilib.
Ssenari müəllifləri Elşən Zeynallı, Xaqani Həşimov, quruluşçu rejissor Elşən Zeynallıdır. Film Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundova həsr olunub.