Sumqayıtda ticarət obyektləri yoxlanılıb. Sumqayıt24 bu haqda 13 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-nın əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı aptek və marketdə nöqsanlar tapılıb. Həmin obyektlərin adları və orada aşkarlanmış qanun pozuntuları aşağıdakılardır:
"Bəyaz" aptek (40-cı məhəllə)
- Azərbaycan dilində markalanması olmayan məhsulların satışı.
"Herbalist" market (34-cü məhəllə)
- Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi;
- Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- Azərbaycan dilində markalanması olmayan məhsulların satışı.
Faktlarla bağlı qanunvericiliyə dair tədbirlər görülüb.