Sumqayıtda obyektlərdə yoxlamalar aparılıb. Sumqayıt24 bu haqda 15 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-nın əməkdaşları tərəfindən 9-cu mikrorayonda fəaliyyət göstərən “Dokta” aptekində nöqsanlar tapılıb. Qanun pozuntuları qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı olub.