Qida sahəsində fəaliyyət göstərən obyektlərdə yoxlamalar keçirilib. Sumqayıt24 bu haqda 18 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Sumqayıtın tanınmış “Saraclı” kafesində sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı ilə bağlı nöqsanlar tapılıb.
Həmçinin Saray qəsəbəsində yerləşən "RS Ağsu Group" MMC-də (istehsalat müəssisəsi) sanitar norma və qaydaların pozulması müəyyən edilib.
Sahibkarlar inzibati məsuliyyətə cəlb olunublar.