AQTA Sumqayıtda monitorinqlərini davam etdirir. Bu haqda 16 mart tarixində Sumqayıt24 Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Qida müfəttişləri Bulvar küçəsində yerləşən "Qayalı Bulvar" marketdə Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsanlar aşkarlayıb.
Həmin nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.