Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Sumqayıt vətəndaşlarını qəbul edib.
Sumqayit24.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Qeyd edilib ki, sədr Qoşqar Təhməzli Sumqayıt şəhəri və digər rayonlarından olan vətəndaşlarla görüş keçirib.
Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.