Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıtda fəaliyyət göstərən ticarət obyektlərində yoxlama keçiriblər. Sumqayıt24 bu barədə 7 dekabr tarixində xəbər verir.
Monitorinq zamanı 45-ci məhəllədə yerləşən "İran Malları" marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsanlar aşkarlanıb. Tapılmış nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.