Qida təhlükəsizliyi müfəttişləri Sumqayıtda fəaliyyət göstərən qida obyektlərində monitorinq keçiriblər. Sumqayıt24 bu barədə 21 dekabr tarixində AQTA-ya istinadən xəbər verir.
Yoxlama zamanı şəhərin 2-ci mikrorayonunda yerləşən "MRV" MMC-yə məxsus aptekdə və 14-cü məhəllədə yerləşən "Bərəkət" marketində Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsanlar tapılıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.