Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət obyektlərində monitorinq keçiriblər. Sumqayıt24 bu barədə 24 dekabr tarixində AQTA-ya istinadən xəbər verir.
Yoxlama zamanı şəhərin 14-cü məhəlləsində yerləşən "Zeytun" aptekində qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsanlar tapılıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.