Sumqayıt sakini pulqabısını itirib. Bu haqda o, 15 dekabr tarixində Sumqayıt24-ə məlumat verib.
Hadisə 14 dekabr tarixində “Sarina” mağazasında qeydə alınıb. Müşahidə kameralarında göründüyü kimi, gənc oğlan içərisində əsginaslar, sənədlər olan pulqabını görür. Lakin mühafizəçiyə təhvil vermək yerinə onu götürərək uzaqlaşır.
Əşyanın sahibi faktla bağlı polisə müraciət edib. Pulqabını tapan şəxs onu qaytarmaq üçün bizimlə və ya (055) 725-34-56 nömrəsi ilə əlaqə saxlaya bilər.