Sumqayıtda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Sumqayit24.az xəbər verir ki, insident 11-ci mikrorayonda yerləşən 1 saylı binada qeydə alınıb. Ailənin 3 yaşında bir övladı var.
Qonşular sözügedən ailədə heç vaxt münaqişəyə və ya hər hansı xoşagəlməz hadisəyə şahid olmadıqlarını bildiriblər.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı N.Quliyeva saxlanılıb.