Gənclər "Plastiksiz iyul" aksiyasında fəal iştirak ediblər. Bu barədə 28 iyul tarixində Sumqayıt24 xəbər verir.
Təmizlik aksiyası 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin könüllülərinin təşəbbüsü ilə həyata keçirilib. İşlər zamanı dəniz sahilinin bir hissəsi plastik butulka və digər tullantılardan təmizlənib.