“ASAN xidmət” mərkəzinin könüllüləri Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsini anıblar. Bu haqda 23 fevral tarixində Sumqayıt24 “ASAN Könüllüləri” səhifəsinə istinadən xəbər verir.
1 saylı və 2 saylı Sumqayıt Regional Mərkəzinin könüllüləri Türkiyənin Azərbaycandakı Səfirliyinin qarşısındakı xatirə guşəsinə tər güllər düzüblər.