ASAN könüllüləri II Fəxri xiyabanda şəhidlərimizin məzarını ziyarət edib. Sumqayıt24 bu haqda 14 iyul tarixində xəbər verir.
1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin təşkil etdiyi ziyarətdə Milli Qəhrəman, şəhid İlqar Mirzəyevin oğlu Elvin də iştirak edib. Daha sonra könüllülər arasında Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin xatirəsinə həsr olunmuş "Şahmat turniri" keçirilib.