Sumqayıtda intellektual yarış keçirilib. Sumqayıt24 bu barədə 14 noyabr tarixində Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.
12 Noyabr - Konstitusiya Günü ilə əlaqədar təşkil olunan bilik yarışı 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri arasında keçirilib. Heydər Əliyev mərkəzində baş tutan yarışda hər birində 3 nəfər olmaqla 5 komanda mübarizə aparıb. Sonda qalib komandanın üzvləri təltif olunublar.