Sumqayıtda "Məktəbdən sosial işə" layihəsinin təlimi keçirilib. Sumqayıt24 bu haqda 25 iyul tarixində “ASAN Könüllüləri” səhifəsinə istinadən məlumat verir.
Maarifləndirici təlimdə 30-a yaxın məktəbli iştirak edib. Burada iştirakçılara sosial iş ixtisası, sosial işçilərin fəaliyyət sahələri, ümumi dəyərləri və prinsipləri haqqında məlumat verilib.
Seminar "Gənc Sosial İşçilər"in təşəbbüsü, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.