Sumqayıtda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb. Sumqayıt24 bu barədə 4 noyabr tarixində “ASAN könüllüləri”nə istinadən xəbər verir.
1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin təşkilatçılığı ilə ASAN könüllüləri şəhid Vüqar İsmayılovun məzarını ziyarət edib. Daha sonra iştirakçılar şəhidin ailəsi ilə görüşüblər.
“Əsgərə Məktub” layihəsi çərçivəsində şəhidin ailə üzvləri qəhrəman əsgərlərimizə məktub yazıblar, eləcə də könüllülər tərəfindən çəkilmiş şəhidin portreti ailəsinə təqdim olunub.