Sumqayıt şəhərində yerləşən "ASAN xidmət" mərkəzində Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilib. Bu haqda bu gün, 18 mart tarixində mərkəz öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, 20-26 mart tarixlərində mərkəzdə qeyri-iş günü olacaq. 20 mart tarixində vətəndaşlar şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətləri üzrə yalnız hazır sənədlərin verilməsi xidmətindən yararlana bilərlər.
27 mart tarixindən etibarən isə mərkəz adi qaydada çalışacaq.