Sumqayıt regional "ASAN xidmət" mərkəzinin könüllüləri Azərbaycan Velosiped Federasiyasında ekskursiyada olublar. Bu haqda bu gün, 3 iyun tarixində mərkəzin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, ekskursiya 3 iyun - Dünya Velosiped Günü ilə əlaqədar təşkil edilib. Gənclərə Federasiyanın yaranma tarixi, Azərbaycan və dünyada velosiped idmanının yaranması və inkişafı ilə bağlı ətraflı məlumat verilib.