Sumqayıtda yerləşən “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək. Bu haqda bu gün, 8 iyul tarixində Sumqayıt24 xəbər verir.
Belə ki, Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində mərkəzin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Vətəndaşlar 11, 12 və 13 iyul tarixlərində “Asan” xidmətlərdən saat 16:00-dək yararlana biləcək.