1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində elmi-praktiki konfrans həyata keçirilib. Bu haqda 18 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə könüllülərin təşəbbüsü ilə reallaşıb.
Konfransda şöhrət ordenli Əməkdar müəllim, şairə Ofelya Babayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Hümbət Quliyev, 1 və 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzlərinin rəhbərləri, əməkdaşları və könüllüləri iştirak ediblər.