Sumqayıtda “Plastiksiz İyul” aksiyası keçiriləcək. Bu haqda bu gün, 4 iyul tarixində Asan Könüllülərinə istinadən xəbər veririk.
Aksiyanın məqsədi plastik tullantıların çeşidlənməsi, toplanılması və əhalinin bu istiqamətdə məlumatlılığının artırılmasıdır. Aksiya zamanı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən könüllülər bir ay boyunca bir neçə dəfə plastik tullantılarla çirklənmiş ərazilərdə təmizləmə aparacaqlar.
Toplanılan plastik tullantı miqdarına görə digər mərkəzlərlə yarış keçiriləcək. Qalib komanda “Yaşıl Kubok” mükafatını qazanacaq.