Sumqayıtda yerləşən 1 və 2 saylı “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq. Bu haqda 17 mart tarixində Sumqayıt24 mərkəzin rəsmi Instagram səhifəsinə istinadən xəbər verir.
Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixində mərkəz işləməyəcək. Vətəndaşlar martın 25-dən etibarən quruma müraciət edə bilərlər.