Sumqayıtda ata qızını boğaraq öldürüb. Bu haqda Sumqayıt24 APA-ya istinadən xəbər verir.
Məlumata əsasən, hadisə şəhərin "Tuq zavod" yaşayış massivində baş verib. Salam Cəfərov və qızı Zəminə Cəfərovanın arasında münaqişə yaranıb. Nəticədə Salam 38 yaşlı qızını naqillə boğub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Salam Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Araşdırma aparılır.