Sumqayıda “Atalar Məktəbi” layihəsi çərçivəsində növbəti təlim baş tutacaq. Bu barədə 23 avqust tarixində “Gender Hub Azerbaijan”-a istinadən xəbər veririk.
Seminar avqustun 27-si saat 11:00-da Gənclər Evində keçiriləcək. Burada məsuliyyətli atalıq konsepsiyası ilə tanış olmağa həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər iştirak edə bilərlər. İştirak üçün (077) 306-75-50 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək lazımdır.
Layihə Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.