Sumqayıtda “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsi çərçivəsində növbəti görüş təşkil olunacaq. Bu haqda məlumatı 27 iyul tarixində “genderhubazerbaijan” Instagram səhifəsinə istinadən veririk.
Seminar iyulun 30-u saat 11:00-da Gənclər evində keçiriləcək. Təlimdə məsuliyyətli atalıq konsepsiyası ilə tanış olmağa və öyrənməyə həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər iştirak edə bilər. Görüşə qoşulmaq üçün anketi dolduraraq və ya (077) 306-75-50 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək lazımdır.
Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə 5 ay davam edəcək.