top
Atası qazi, özü isə Vətən Müharibəsi şəhidi - MÜSAHİBƏ
Müsahi̇bə
10 noyabr 2025, 17:00
- ↺ +

Atası qazi, özü isə Vətən Müharibəsi şəhidi - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sözün düzü, Nurlan üçün çox darıxıram… Lakin deyə bilərəm ki, bu gün həm qürurluyuq, həm sevincliyik, həm də bir qədər kədərliyik. Kədərliyik, çünki canımdan bir can gedib. Amma əsas odur ki, 1990-cı illərdən etibarən xalqımıza yaşadılan əzab-əziyyətlərə son qoyulub".

Bu sözləri sumqayıtlı şəhid Nurlan Ağakişiyevin atası Etibar Ağakişiyev Modern.az-a müsahibəsində deyib. 

E.Ağakişiyev birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb və ayağını itirib. O söyləyib ki, qazi olsa da, çox insan əvvəllər onu tanımayıb:

"Qazi olsam da, çox insan məni tanımırdı. Amma Nurlan şəhidlik zirvəsinə ucaldıqdan sonra daha çox insan məni tanıdı. O, sanki bizim ailənin fəxrini tamamladı. Mənim qazi olmağım, onun isə şəhidliyi - bu, ailəmiz üçün böyük qürur idi".
Şəhid atası bildirib ki, Nurlanla son dəfə avqustun 15-i Ağdamda görüşüb:

"Son telefon danışığımız isə müharibənin başlandığı gün - 27 sentyabr səhər saat 7:30 radələrində baş tutdu. Nurlan özü mənə zəng elədi, müharibənin başladığını söylədi. Dedim ki, Nurlan, ölümün gözümün qabağına gəldi. O isə mərd dayanıb soruşdu ki, "Ata, xeyir ola, mənim ölümüm gözünün qabağına gəlir?" Bu, bizim oğlumla son danışığımız idi. Mən dedim ki, özündən muğayat ol, özünü gözlə! Ertəsi gün, sentyabrın 28-də şəhid olmuşdu".

E.Ağakişiyevin sözlərinə görə, oğlu ilə münasibəti hər zaman müəyyən pərdə çərçivəsində olub:

"Nurlanla çox açıq münasibətimiz yox idi, aramızda müəyyən pərdə vardı. Mən istəyirdim ki, kişi kimi, mərd böyüsün. Elə də oldu. Uşaq vaxtı aşpaz olmaq istəyirdi, icazə vermədim. Bununla yanaşı, Nurlan həm də sərbəst güləşlə məşğul idi, eyni zamanda,bələdiyyə idarəetməsi üzrə təhsili alırdı. Mən ona deyirdim ki, "bələdiyyənin gələcəyi var".

O, eyni zamanda deyib ki, Nurlan həm ailəsinin dayağı, həm də atasının qulluğunda duran övlad idi:

"O çox gözəl övlad idi, elə bil ki, qol-qanadım getdi. Mənim üçün həm dayaq, həm kömək idi. Yaralı ayağımı ovxalayır, qulluğumda dayanırdı. Mən istəyirdim ki, xalqına, millətinə xeyri dəyən bir övlad olsun. Arzum idi ki, onun üçün elçi gedim, evimizə gəlin gəlsin. Amma qismət belə imiş.

Allah xalqımızı, millətimizi qorusun. Zəfərimiz əbədi olsun",- deyə şəhid atası fikrini tamamlayıb.

Nurlan Etibar oğlu Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində dünyaya göz açıb.

2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri Nurlan Ağakişiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Sentyabrın 28-də Ağdam rayonu istiqamətində isə şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub.

Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Nurlan Ağakişiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər