Sumqayıtda atmosfer havasının keyfiyyət göstəriciləri yoxlanılıb. Sumqayıt24 bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Məlumatlar şəhərdə fəaliyyət göstərən avtomatik stansiyadan əldə olunub. Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasovanın sözlərinə görə, mart ayında havada qaz qarışıqlarının və toz hissəciklərinin miqdarı norma daxilində olub. Son günlər havanın küləkli və yağıntılı keçməsi səbəbindən havada oksigenin miqdarı artıb və göstəricilərin yaxşılaşmasına şərait yaranıb.
“Yaxın günlərdə fasilələrlə az yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, mart ayının sonunadək havanın keyfiyyət göstəricilərinin yaxşı olacağı gözlənilir”, - deyə Abbasova əlavə edib.