Əcnəbi gənclər Sumqayıtda ətraf mühitlə əlaqəli tamaşa səhnələşdirəcəklər. Sumqayıt24 bu haqda 9 iyul tarixində "Sağlam Düşüncə" Gənclər Təşkilatına istinadən xəbər verir.
"Time to Act" (Ətraf mühit üçün hərəkətə keçmək vaxtıdır!) adlı tamaşa Erasmus+ Gənclər Mübadiləsi proqramının iştirakçıları tərəfindən 12 iyul saat 19:00-da Sumqayıt Dövlət Dram Teatrında nümayiş olunacaq. Təbiətdə problemlərin yaranmasından narahatlıq duyan iştirakçılar teatr və rəqs vasitəsilə diqqəti bu problemlərin həllinə yönəltməyə çalışacaqlar. Hər kəs dəvətlidir.
Qeyd edək ki, proqrama Azərbaycan, Belçika, Gürcüstan, Türkiyə, Latviya, Portuqaliya, Rumıniya və Misirdən gələn gənclər qatılıb.