Ötən gün yayılan səs yazısı barədə Abşeron-Xızı Regional Təhsil İdarəsində açıqlama verilib. Bu haqda bu gün, 22 iyul tarixində idarəyə istinadən xəbər veririk.
16 nömrəli məktəbin müəllimi Nəcibə Hacıyevanın səs yazısı ilə bağlı araşdırma aparılıb. Yoxlama nəticəsində iddialar öz təsdiqini tapıb. Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.