16 nömrəli tam orta məktəbin müəllimi işdən azad edilib. Bu haqda bu gün, 22 iyul tarixində Oxu.az-a istinadən xəbər veririk.
Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən verilən açıqmada bildirilir ki, attestat və digər işlərlə bağlı pul istəyən müəllim dərhal işindən azad edilib.
“Məktəb rəhbərliyi ilə bağlı məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”, - qurumdan bildirilib.