İstismar müddəti bitən əyləncə qurğuları ilə bağlı rəsmi qurum münasibət bildirib. Bu haqda 20 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Xəbər verdiyimiz kimi, Nəsimi adına mədəniyyət və istirahət parkında attraksionlar illərdir ki, dəyişdirilmir. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən açıqlama verilib:
“Park ərazisində son illər müasir attraksionlar quraşdırılıb. Mövcud attraksionlara isə mütəmadi olaraq texniki xidmət göstərilir”.