Sumqayıtda fəaliyyət göstərən avtobuslarda kart sisteminin yenidən tətbiq olunacağı vaxtla bağlı açıqlama verilib. Sumqayıt24 bu haqda Xeberle.com-a istinadən xəbər verir.
Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Sultan Əsədovun sözlərinə görə, şəhərdaxili ictimai nəqliyyat 10-a yaxın fərdi sahibkarın tabeliyindədir və avtobusların yenilənməsi zamanı, onların banklara və gömrüyə borcu yaranıb. Kart sisteminə keçidin də əlavə vəsait tələb etdiyindən, müəyyən çətinlik yaranır.
O qeyd edib ki, nazirliyin qərarı ilə, fevral ayında bütün nəqliyyat vasitələri kart sisteminə keçməli idi. Lakin qeyd etdiyimiz problemlər səbəbindən keçid aprel ayına qədər uzana bilər.